Ermənistan minaların təmizlənməsi ilə bağlı əməkdaşlıqdan imtina etdiyi üçün məsuliyyətə cəlb edilməlidir- XİN

Ermənistan da daxil olmaqla minaları kortəbii basdıranlar və onların zərərsizləşdirilməsi istiqamətində əməkdaşlıqdan imtina edənlər məsuliyyətə cəlb edilməlidirlər.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Mina Xəbərdarlığı Günü münasibətilə Tvitter paylaşımında qeyd edilib.

“Bu gün Beynəlxalq Mina Xəbərdarlığı Günü qeyd edilir. Ermənistan da daxil olmaqla minaları kortəbii basdıranlar və onların zərərsizləşdirilməsi istiqamətində əməkdaşlıqdan imtina edənlər məsuliyyətə cəlb edilməlidirlər. Biz onların yaratdığı nəhəng insan itkisinə son verməliyik”, – paylaşımda bildirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.