Ermənistan Müdafiə Nazirliyi Paşinyanı dəstəklədi:"Ordunu siyasətə cəlb etmək cəhdi yolverilməzdir”

Ermənistan Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, ordu siyasətdən kənar strukturdur.

“Ermənistan Respublikasının Silahlı Qüvvələri vətənimizin sərhədlərinin qorunmasını tam həyata keçirir və təhlükəsizliyini təmin edir. Ordu siyasətdən kənar quruluşdur, Silahlı Qüvvələri hər hansı siyasi prosesə cəlb etmək üçün bütün cəhdlər yolverilməzdir”, deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanı istefaya çağıran bəyanat yayıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dostluq” yatağı üzrə Saziş layihəsinin hazırlanması ilə bağlı İşçi Qrup yaradılıb –

Sonrakı məqalə

Sabah Bakının bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq