Ermənistan müxalifəti etiraz aksiyalarını dayandırır –"Paşinyana qarşı kifayət qədər adam çıxara bilmədik"

Ermənistan müxalifəti siyasi mübarizə müxanizimlərini dəyişdirmək və Fransa meydanını boşaltmaq qərarına gəlib.

“Sputnik Armeniya” xəbər verir ki, bu barədə müqavimət hərəkatının rəhbəri, Ermənistan parlamentinin sədr müavini İşxan Saqatelyan məlumat verib.

Onun sözlərinə görə, 40 gündən çoxdur İrəvanın mərkəzindəki Fransa meydanında qurulan çadırlar sabah söküləcək.

“Biz çadır şəhərciyi yaratmaq qərarına gəldik ki, hərəkatın öz ünvanı olsun. Burada çadırların olub-olmamasından asılı olmayaraq, bu ərazi bizim hərəkatımıza məxsusdur. Hərəkat sübut etdi ki, bizim üçün bağlı ərazilər, küçələr yoxdur. Burada xidmətdə olan bütün vətəndaşlara minnətdarıq”,- deyə Saqatelyan bildirib.

Onun sözlərinə görə, əsas səhv hökumətə və baş nazir Nikol Paşinyana qarşı çıxanları kifayət qədər bu işə cəlb edə bilməmək olub.

Bununla bağlı o, mübarizə strategiyasında dəyişiklik edildiyini açıqlayıb.

Müxalifətdə komitələr və işçi qrupları yaradılacaq ki, onların vəzifəsi hərəkatı genişləndirmək olacaq.

Əvvəlki məqalə

“Gilan Holding”ə məxsus “Qafqaz Hotel” satışa çıxarılıb-  

Sonrakı məqalə

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur