Ermənistan müxalifəti İrəvanın mərkəzi küçələrini bağlamağa başlayıb

Ermənistan müxalifəti İrəvanın mərkəzində küçələri bağlamağa başlayıb.

“Sputnik“ xəbər verir ki, parlamentin vitse-spikeri, “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyanın sözlərinə görə, saat 08:30-dan etibarən dinc aksiya keçirilir. O, bildirib ki, artıq 14 küçə bağlanıb.

Məlumata görə, paytaxtın Fransa meydanında qurulmuş çadırlarda gecələyən müxalifət nümayəndələri tədricən küçələri bağlamağa hazırlaşır.

Ermənistanın 3-cü prezidenti Serj Sarksiyan gecə meydanda qalan aksiya iştiraçılarına qoşulub.

Bu arada müxalifətin bir hissəsi Koryun küçəsində yürüşə başlayıb.

Artıq hüquq-mühafizə orqanları fəalları polis bölməsinə aparır.

 

Əvvəlki məqalə

Azərbaycanda məscidlərdə bayram namazı qılınıb

Sonrakı məqalə

Bu həftə Ərdoğanla Putin telefonla danışacaq