“Ermənistan ordusu Tərtərə raket zərbəsi endirib, 16 yaşlı yeniyetmə həlak olub” –HIKMƏT HACIYEV

“Ermənistanın mülki vətəndaşlara, xüsusən də uşaqlara qarşı müharibəsi davam edir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter” hesabında paylaşıb.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan ordusu tərəfindən Tərtər şəhərinə atılan “Smerç” raketi atılıb və hücum nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan evlərinin həyətində həlak olub.

“Xurma mövsümü olduğu üçün Orxan həyətdə xurma yığırdı”, – deyə Prezidentin köməkçisi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan ordusu Ağdərə istiqamətindən Naftalan-Tərtər rayonlarının ərazisini atəşə tutur

Sonrakı məqalə

Gəncəyə raket zərbəsi endirməsi nəticəsində xəsarət almış 13 yaşlı yeniyetmə vəfat edib