Ermənistan sülh müqaviləsinin bağlanmasını əngəlləməkdə davam edir- Vitse-spiker

Ermənistan sülh müqaviləsinin bağlanmasını əngəlləməkdə davam edir.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Ziyafət Əsgərov deyib.

O bildirib ki, sülh müqaviləsinin bağlanması üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları götürülməlidir: “Bu müqavilənin imzalanması üçün Ermənistanda referendum keçirilməlidir. Biz müqaviləni Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq. Bu müqavilənin arxasında Ermənistan xalqının siyasi rəyi durmalıdır”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.