Ermənistan tərəfi minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutub.
Bu barədə MN məlumat yayıb.
Qeyd olunub ki, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.
“Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, – deyə məlumatda qeyd olunub.
Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçilərin adlarını açıqlayıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, erməni təxribatının qarşısını alarkən aşağda adları qeyd olunan hərbi qulluqçularımız şəhid olub:
APA şəhid olan hərbçilərin fotolarını təqdim edir:
Zalov Vidadi Nizami oğlu

Həsənov Elşad Qabil oğlu

Tağıyev Səbuhi Gündüz oğlu

Qeyd edək ki, şəhid olan hərbi qulluqçular Sumqayıt, Ağstafa və Şahbuzdandır.