“Ermənistan və Azərbaycan arasında sülh sazişini dəstəkləyirik” –"Norveç XİN

Norveçin xarici işlər naziri Anniken Huitfeldt Ermənistan və Azərbaycan arasında balanslaşdırılmış və ədalətli sülh sazişinin əldə olunmasını dəstəklədiyini bildirib.

Norveç hökumət dəftərxanasının rəsmi press-relizində Cənubi Qafqazda sabitliyin və regional münaqişələrin sülh yolu ilə həllinin olduqca vacib olduğu qeyd edilir. “Demokratik proseslərə verdiyimiz dəstək və münaqişələrin qarşısının alınması çox vacibdir”, – deyə xarici işlər naziri Anniken Huitfeldt bildirib.

“Biz Ermənistan və Azərbaycan arasında balanslaşdırılmış və ədalətli sülh sazişini dəstəkləyirik. Bu, Cənubi Qafqazda sülhün açarıdır”, – deyən Norveç XİN rəhbəri əlavə edib ki, oktyabrın 6-da Praqada hər iki tərəfin bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıması sülh sazişinin imzalanacağına ümid verir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.