“Ermənistan və Azərbaycanın dini liderləri arasında dialoqa kömək etməyə hazırıq”- Rus Pravoslav Kilsəsi

Rus Pravoslav Kilsəsi Ermənistan və Azərbaycanın dini liderləri arasında dialoqun qurulması istiqamətində səylərini davm etdirməyə hazırdır.

Bu barədə Moskva Patriarxlığının xarici kilsələrlə əlaqələr şöbəsinin sədri, Volokolamsk mitropoliti Antoniy Sevryuk bildirib.

“Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşdük. Digər məsələlərlə yanaşı, birlikdə nə edə biləcəyimizi müzakirə etdik. Mən vurğuladım ki, Rus Pravoslav Kilsəsi münaqişə tərəfləri arasında dialoqun qurulmasında iştirakda davam etməyə və Azərbaycan və Ermənistanın dini liderləri ilə birlikdə vəziyyətin dinc məcraya qayıtmasını təmin etmək üçün səylər göstərməyə hazırdır”, o bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.