Ermənistan XİN rəhbəri sabah Türkiyəyə gəlir –Zəlzələ bölgəsinə gedəcək /AÇIQLAMA

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sabah Türkiyəyə səfərə gəlir.

Azpost.info bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında bildirilib.

Məlumatda deyilir ki,  Mirzoyan baş vermiş zəlzələ ilə bağlı ölkəyə dəstək olmaq və kədərə şərik olmaq üçün Ankaraya səfərə gəlir.

Onun Ankarada XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşü olacaq. Bundan sonra o, zəlzələ bölgəsi olan Adıyamana gedəcək və orada Ermənistandan gəlmiş xilasedicilərlə görüşəcək.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.