“İrəvan yekun sülh sazişi layihəsini Bakıya təhvil verib”.
Azpost.info xəbər verir ki, bunu hökumətin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O qeyd edib ki, sənədi ATƏT-in Minsk Qrupuna daxil olan ölkələr də alacaq.
“Ermənistan Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş layihəsi üzərində işi başa çatdırdı və bizim təkliflərimiz Azərbaycan tərəfinə təqdim olundu. Biz onları ATƏT-in Minsk Qrupu ölkələrinə də təhvil vermişik”, – Paşinyan bildirib.
Azpost.info