Ermənistanda keçirilən ağırılıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağına qarşı təxribat olub.
Azpost.info bildirir ki, Azərbaycan bayrağı səhnəyə gətirildikdən sonra salondan bir tamaşaçı qəfildən əlində yandırıcı maddə səhnəyə çıxıb. Azərbaycan bayrağına od vuraraq, bayrağı salondan çıxarıb.
Mühafizəçilər onu saxlayaraq bayrağı əlindən alıblar. Bayraq dərhal yenisi ilə əvəz olunub.
Bayrağı yandıranın dizayner Aram Nikolyan olduğu müəyyən edilib.
Xatırladaq ki, Azərbaycan ağırlıqqaldırma yığması çempionatda 12 nəfərlə təmsil olunur.
**
Aram Nikolyan polis idarəsinə aparılıb.
Hazırda o, İrəvan polis idarəsinin Şaumyan rayon şöbəsindədir.
İdarənin qarşısına Nikolyanı dəstəkləyənlər toplaşıb.
**
Aram Nikolyan polis idarəsini tərk edib.
O, kütlə tərəfindən polis idarəsinin qarşısında alqışlarla qarşılanıb.
Vəkil Aleksandr Koçubayev bildirib ki, müdafiə etdiyi şəxsə qarşı heç bir ittiham irəli sürülməyib.