Ermənistanda general Qriqori Xaçaturov axtarışa verilib

Ermənistanda general Qriqori Xaçaturov axtarışa verilib.

AzPost bildirir ki, fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, o, Cinayət Məcəlləsinin 436-cı maddəsinin 1-ci hissəsi (bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olaraq rüşvət alma) və Ermənistan Respublikası Cinayət Məcəlləsinin 549-cu maddəsinin 3-cü hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, səhlənkarlıq nəticəsində ağır bədən xəsarəti yetirmə) ilə axtarışdadır.

Qriqori Xaçaturov general-polkovnik rütbəsindədir. O, KTMT-nin keçmiş baş katibi, general-mayor Yuri Xaçaturovun oğludur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.