“Hökumətin turizmlə bağlı planları yaxşı sağlığa bənzəyir” –NATİQ CƏFƏRLİ

“2022-ci ildə Gürcüstana 5,4 mln. xarici vətəndaş səfər edib. Turizm gəlirləri 3,5 mlrd. dollara yaxın olub. Ötən il Azərbaycana 1,6 mln. xarici ölkə vətəndaşları səfər edib. Keçən ildə ölkənin turizm gəlirləri, ən yaxşı halda 1,5 mlrd. dollar olacaq”.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, Gürcüstana dünyanın 40-a yaxın avişirkəti uçur, quru sərhədləri də açıqdır. Azərbaycanda hava yolu ilə sərnişin daşımanın 90%-i AZAL və BUTA-nın payına düşür, quru sərhədlər də bağlıdır: “Gürcüstan hökuməti yaxın 5 ildə turist sayını 10 mln. nəfərə, bu sahədən gələn gəlirləri isə 8 mlrd. dollara çatdırmağı düşünür. Azərbaycan hökuməti də elan edib ki, 2026-cı ildə xaricdən ölkəyə gələn turist sayı 4 mln. nəfərə, xarici turistlərdən gələn gəlir isə 3 mlrd. dolları keçəcək”.
Ekspertin sözlərinə görə, Gürcüstan hökuməti hədəflərinə çatmaq üçün ölkəni daha çox açmağı, qaydaları daha da sadələşdirməyi düşünür:  “Məsələn, 2022-ci ildə ölkəyə 10 yeni avişirkət uçmağa başlayıb və 9 yeni istiqamət üzrə uçuşlar başlayıb. Bundan başqa Gürcüstan hökuməti yaxın 5 ildə hər il turizmlə məşğul olan şirkətlərə və müxtəlif yeni inftrastruktur layihələrinə 250 mln. lariyə yaxın təşviq paketi ayıracağını elan etdi. Azərbaycan hökumətinın 2026-cı illə bağlı planları isə yaxşı sağlığa bənzəyir, çünki nə xroniki problemlərlə, nə inhisarçılıqla bağlı heç bir addım atmaq istəmir”.
Əvvəlki məqalə

Ermənistanda hərbi hissədə baş verən yanğının səbəbi açıqlandı

Sonrakı məqalə

Medvedev nüvə müharibəsi ilə bağlı Qərbə xəbərdarlıq etdi