Ermənistanda polis Azərbaycanla delimitasiyaya etiraz edənləri saxlayıb

Ermənistan polisi İrana gedən avtomobil yolunu bağlayan erməniləri saxlamağa başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Etirazçılar ölkənin Azərbaycanla sərhədinin delimitasiyasına son qoymağı tələb ediblər.

Aksiya başlayandan bir neçə dəqiqə sonra polis əraziyə gəlib. Hüquq-mühafizə orqanları əməkdaşları ilə fəallar arasında baş verən toqquşmadan sonra bir neçə vətəndaş saxlanılıb.

Azpost.info

Əvvəlki məqalə

İşinə bərpa olunmalı, maaşı ödənməlidir…

Sonrakı məqalə

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış olublar