Ermənistanda qubernator və “qanuni oğru”nun qohumu əlbəyaxa oldu –"Dolya vorovskaya" mahnısına görə

Ermənistanda Araqatson vilayətinin qubernatoru ilə “qanuni oğru” Oşakanzi Gevorqun qardaşı oğlu arasında əlbəyaxa dava düşüb. 

Azpost.info bildirir ki, bu barədə SHAMSHYAN.com saytı məlumat yayıb.

Avqustun 27-də Ermənistan Daxili İşlər Nazirliyinin çoxlu sayda əməkdaşı Araqatsotn rayonunun Oşakan kəndinə gəlib.

Avqustun 26-da Aştarak şəhərində «Hayat Project” qrupunun konserti olub. Orada Araqatsotn vilayətinin qubernatoru Sergey Movsisyan da iştirak edib.

“Qanuni oğru” Oşakanzi Gevorik’in qardaşı oğlu Abulik də konsertdə olub.

Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, konsert bitdikdən sonra orada tək olmayan Abulik məşhur “Dolya vorovskaya” mahnısını sifariş edib.  Konsertdə Aştarak meri Tovmas Şahverdyanla birlikdə olan qubernator buna etiraz edib. Bu isə “qanun oğru”nun qohumunun xoşuna gəlməyib. Onların arasında mübahisə əlbəyaxa davaya çevrilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.