Ermənistanda Rusiya hərbi bazasına məxsus hərbi vertalyot vuruldu

 

Ermənistanda Rusiyanın 102-ci hərbi bazasına məxsus vertalyot raketlə vurulub.

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Mi-24 Ermənistanın Ersax yaşayış məntəqəsində qəzaya uğrayıb.

İnsident bu gün saat 17.30-da, veratlyot 102-ci rus hərbi bazasının avtomobil kolonunu müşayət edərkən baş verib. Mi-24 yerdən ZRK raketindən atəş açılıb. Atəş nəticəsində vertalyot idarəetməni itirib və Ermənistanın dağlıq yerinə düşüb.

Nəticədə iki ekipaj üzvü həlak olub, bir nəfər orta travma zədələri ilə avakuasiya edilib.

Hazırda 102-ci hərbi bazasının komandanlığı atəşin haradan atılması barədə araşdırma aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Cəbhənin Xocavənd istiqamətində düşmənin canlı qüvvəsi məhv edilib –

Sonrakı məqalə

İlham Əliyev Cozef Baydeni təbrik etdi