Ermənistanda saxlanılan Azərbaycan vətəndaşı yoxdur –Beynəlxalq Qızıl Xaç Komitəsi

“Hazırda Ermənistanda saxlanılan Azərbaycan vətəndaşı yoxdur. Bu səbəbdən qurum həmin ölkədə münaqişə ilə bağlı başçəkmələr həyata keçirmir”.

Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

İ. Hüseynova bildirib ki, ikin düşən şəxslərin ailələrindən daxil olan məlumatlar əsasında axtarış sorğuları toplanılıb, işlənilib və aidiyyəti qurumlarla bölüşülüb.

O, bu ilin yanvar-iyun ayları ərzində 14 “Qızıl Xaç məktubu”nun xarici ölkələrdə qalmış şəxslərə və onların Azərbaycandakı qohumlarına verildiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dəhşətli qəzanın səbəbkarı olan yük maşınının sürücüsü tutulub

Sonrakı məqalə

9 ayda DSMF-nin xərcləri 139 milyon manat artıb