“Ermənistanın hücumu tam iflasa uğrayıb”-"Sərhəddə vəziyyət gərgin olaraq qalır” (MÜDAFİƏ NAZİRLİYİ)

“Ermənistan tərəfindən təxribatlar bu gün daha intensivləşib”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Ermənistan tərəfi bu gün hərbi əməliyyatlarla başlayıb: “Kəlbəcər və Laçın rayonlarında ermənilər minaatan, artilleriya və qumbaralardan atəş açıb. Nəticədə iki hərbiçimiz yaralanıb. Onların həyatına təhlükə yoxdur. Silahlı Qüvvələrimiz tərəfindən dərhal təxirə salmaz əməliyyat tədbirləri həyata keçirilib. Sərhəddə vəziyyət gərgin olaraq qalır, əməliyyat üstünlüyü ordumuzdadır”.

A. Eyvazov qeyd edib ki, xeyli sayda sursat hərbi qənimət kimi ələ keçirilib: “Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türk dünyasının cazibə mərkəzi olan Azərbaycan –

Sonrakı məqalə

Qiymət artımı gələn il davam edəcək? –