Ermənistanın sabiq Baş Qərargah rəisinə cinayət işi açılıb

Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi general-polkovnik Movses Akopyana ittiham irəli sürülüb və barəsində cinayət işi açılıb.

M. Akopyan bu barədə məlumatı “Sputnik Armenia”nın əməkdaşına təsdiqləyib.

Milli Təhlükəsizlik Xidməti onun barəsində cinayət məcəlləsinin 306-cı maddəsi (dövlət sirrini yayma) ilə cinayət işi başladıb. General MTX-da dindirildiyini də vurğulayıb. Ondan yaşayış yerini tərk etməmək barədə iltizam alınıb.

Xatırladaq ki, M. Akopyan ötən ilin noyabr ayında keçirdiyi böyük mətbuat konfransında 44 günlük müharibə barəsində rezonans doğuran bir sıra açıqlamalar verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yeltsin dedi ki, Ukrayna Rusiyanın strateji maraq dairəsindədir” –

Sonrakı məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi