“Yeltsin dedi ki, Ukrayna Rusiyanın strateji maraq dairəsindədir” –Sabiq prezident Kravçuk

Rusiyanın sabiq prezidenti Yeltsin hələ 90-cı illərdə Ukrayanın Moskvanın strateji maraq dairəsində olduğunu təsdiq edən sənədi prezident Kravçuka göstərib.

Azpost.info bildirir ki, bu barədə Ukraynanın ilk prezidenti Leonid Kravçuk “Ukraina24” TV-yə müsahibəsində deyib.

“Rusiya siyasətinin çox mühüm bir məqamı ətrafında siyasi oyun gedir. Mən Yeltsinlə hələ o zaman müzakirə etdiyim çox vacib bir məsələni demək istəyirəm. Yeltsin məndən xahiş etdi ki, Rusiya Federal Məclisinə təqdim edəcəyi bir sənədə baxım. Bu sənəd “Rusiya xarici siyasətinin əsasları” adlanırdı. İlk bəndlərin biri belə bitirdi: “Ukrayna Rusiyanın strateji maraqlar sistemində olub, var və olacaq!”-deyə Kravçuk vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dənizdə dalğanın hündürlüyü 4-6 metrə çatacağı proqnozlaşdırılır” –

Sonrakı məqalə

Ermənistanın sabiq Baş Qərargah rəisinə cinayət işi açılıb