“Ermənistanın silahlandırılması sülhə xidmət etmir” –Azərbaycanın BMT-dəki nümayəndəliyi

Bəzi qeyri-regional dövlətlərin Cənubi Qafqaza öz keçmiş və indiki müstəmləkə təcrübəsini tətbiq etmək və regionda ksenofob siyasəti genişləndirmək cəhdləri, o cümlədən Ermənistanı silahlandırması və onun nifrət təbliğatını dəstəkləməsi sülhə xidmət etmir”.

Bunu Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəsinin müavini Tofiq Musayev “Dialoq vasitəsilə sülh: regional, subregional və ikitərəfli sazişlərin mübahisələrin qarşısının alınmasına və sülh yolu ilə həllinə töhfəsi” mövzusunda açıq debatdakı bəyanatında bildirib.

 

Tofiq Musayev qeyd edib ki, BMT Nizamnaməsinin, beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozuntusu kimi suveren Azərbaycan ərazilərinin qonşu Ermənistan tərəfindən təxminən otuz il müddətində işğal edilməsini göstərmək olar.

Bu da beynəlxalq hüququn yanlış təfsirinə qarşı mübarizə, dövlətlərin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün regional və beynəlxalq səviyyədə daha çox iş görməyin lazım olduğunu göstərir.

T.Musayev bu kritik mərhələdə beynəlxalq ictimaiyyətin Ermənistanı öz beynəlxalq öhdəliklərinə ciddi şəkildə əməl etməyə çağıracağına ümid etdiyini bildirib.

Əvvəlki məqalə

QMİ sədrinə “Dostluq” ordeni və “İmam Qarafi” mükafatı nə üçün verilib?

Sonrakı məqalə

Masallıda zəlzələ olub