Ermənistanın yeni müdafiə naziri təyin olunub

Ermənistan prezidenti Armen Sarkisyan müdafiə naziri təyin edilməsi haqqında fərman imzalayıb.

 “Sputnik Armenia”yanın verdiyi xəbərə görə, fərmana əsasən, Vaqarşak Arutyunyan müdafiə naziri təyin edilib.

Ermənistan prezidentinin digər fərmanlarına əsasən, Andranik Piloyan fövqəladə hallar naziri, Mesrop Arakelyan isə əmək və sosial məsələlər naziri təyin olunub. 

Qeyd edək ki, V. Arutyunyan Baş nazir Nikol Paşinyanın baş müşaviridir. O, 1999-2000-ci illərdə müdafiə naziri olub. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənilərin ağ fosforlu mərmilərlə törətdikləri yanğınlarla bağlı cinayət işi başlanıb

Sonrakı məqalə

FHN qoşunlarının komandanı Şuşada Rusiya FHN rəisi ilə görüşdü –