“Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasında irəliləyişə ümid edirik”- Rusiya XİN

“Rusiya Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası məsələsində tərəflərin mərhələli irəliləyişinə ümid edir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Xüsusilə, biz regionda nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınması, sərhədin delimitasiyası və humanitar problemlərin həlli kimi sahələrdə tədricən irəliləyişə ümid edirik”, – Qaluzin deyib.

XİN rəsmisi hesab edir ki, 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixlərində üçtərəfli sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi sülh müqaviləsi üzrə işdə irəliləyişə nail olmağa kömək edəcək: “Bu razılaşmalar Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün yol xəritəsini təşkil edir”.

Azpost.info

Əvvəlki məqalə

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verilib-

Sonrakı məqalə

Müdafiə Nazirliyi komando hərbi hissələrinə qəbul elan edib –