“Ermənistanla Azərbaycan sərhədində Rusiya sərhədçiləri yerləşdirilib” –Paşinyandan etiraf

Ermənistanla Azərbaycan sərhəddində Rusiya sərhədçiləri yerləşdirilib.

Azpost.info bildirir ki, bu barədə Ermənistanın Baş naziri Paşinyan EFE ispan agentliyinin əməkdaşı Pablo Qonsalesə müsahibəsində bildirib.

Baş nazir bunu jurnalistin sosial şəbəkələrdə yayılmış Qarabağın Ermənistanla sərhəddəki ərazilərdə rusiyalı sərhədçilərin əks olunduğu foto ilə bağlı sualını cavab verərəkən etiraf edib.

Paşinyan izah edib ki, burada qeyri-adi heç nə yoxdur. O bildirib ki, Rusiyalı hərbçilər Ermənistanın İranla və Türkiyə ilə sərhəddində əvvəllər də durub. “İndi cənubda vəziyyətin kəskinləşməsi ilə bağlı onlar orada yerləşdirilib. Rusiyalı sərhədçilər Ermənistanın Türkiyə və İranla sərhəddində dururlar. Bu həmişə belə olub. Hazırda son baş verən hadisələrlə əlaqadar rus sərhədçiləri Ermənistanın cənub-şərq və cənub-qərb sərhəddində dururlar”.

Ermənistan hökumətinin mətbuat xidmətindən deyiblər ki, müsahibə 20 oktyabrda götürülüb. EFE agentliyinin dərc etdiyi yekun variantda bu fraqment daxil edilməyib.

Amma Qonsales onu RİA-Novostinin əməkdaşına göstərib. Jurnalist həmçinin Paşinyanın bu sitatını özünün Tvitterdəki səhifəsində yerləşdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazir Ceyhun Bayramov Britaniyanın Dövlət Naziri ilə danışıb

Sonrakı məqalə

“Ermənistan Laçından, Kəlbəcərdən və Ağdamdan çıxsa, biz dayanacağıq” –