Ermənistanla danışıqların növbəti raundu üçün görüşlər sabah başlayacaq- XİN sözçüsü

Xəbər verdiyimiz kimi, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla danışıqların növbəti raundunda iştirak etmək üçün ABŞ-a işgüzar səfər edib.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, danışıqların növbəti raundu üçün görüşlərin sabah keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

Tərəflər arasında son görüş mayda keçirilib.

Əvvəlki məqalə

Zakir Həsənov hərbi hospitalı ziyarət edib

Sonrakı məqalə

Bakıda orta aylıq əməkhaqqı açıqlanıb