Erməni saxtakarlığı sərhəd tanımır – İctimai Birlik

Plagyat
Plagyat

“Uzun illər Azərbaycanın mədəni, tarixi və bədii irsinə sahiblənməyə çalışan ermənilərin plagiatlıq ənənələri sərhəd tanımır. Ermənilər bütün dövrlərdə Azərbaycana qarşı işğalçılıq siyasətini təkcə ərazi iddiaları ilə məhdudlaşdırmayıblar, həm də qeyri-maddi irs nümunələrimizi oğurlayaraq özününküləşdiriblər. Azərbaycanın bir sıra mədəni irs nümunələri bu gün də erməni mülkiyyəti adı altında həm Ermənistanda, həm də xaricdə tirajlanır”.

AzPost xəbər verir ki, bu barədə “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, təşkilat Azərbaycan ictimaiyyətini “erməni saxtakarlığının qolları” barədə daha geniş məlumatlandırmaq üçün “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” adlı layihənin icrasına başlayıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə gerçəkləşən layihə çərçivəsində erməni təcavüzünə məruz qalan qeyri-maddi irs nümunələrimiz barədə silsilə yazılar hazırlanacaq. Nəticədə Azərbaycan ictimaiyyəti ermənilərin musiqi, mətbəx, memarlıq, yer adları, adam adları, tarix və digər sahələrə aid “əqli mülkiyyət terroru” barədə faktlarla tanış ola biləcək.

Araşdırma yazılarını daha geniş auditoriyaya çatdırmaq üçün onların yerli KİV-də və sosial platformalarda yayımlanması nəzərdə tutulur.

“Erməni plagiatlığı deyəndə, çoxlarının ağlına ya “Sarı gəlin” mahnısının, ya da “dolma”nın oğurlanması gəlir. Halbuki ermənilərin plagiatlıq əməlləri o qədər geniş miqyas alıb ki, mədəni irsimizlə bağlı mənimsəmələrin sayı-hesabı bilinmir. Qarabağı artıq həmişəlik itirdiklərini anlayan ermənilər “informasiya müharibəsi”ni davam etdirir, saxta “təbliğat” aparırlar. Erməni plagiatılığı sadəcə mədəni irsin mənimsənilməsi deyil, həm də tarixin saxtalaşdırılması cəhdidir”, – deyə İctimai Birlik bəyan edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.