Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

“Ermənistana verilən dağıdıcı silahlar bizə qarşı yönəlib” –

User 13 Mart 2025 - 13:04 (Last updated: 21 May 2025 - 20:15)
ilham aliyev forum

“Ermənistana verilən dağıdıcı silahlar bizə qarşı yönəlib. Bəlkə də bu gün başqa yerdə onlara ehtiyac var. Amma bu silahlar Ermənistana göndərilir”.

AzPost bildirir ki, bunu Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Avropa Monitorinq Missiyası mahiyyət etibarı ilə Avropa İttifaqının kəşfiyyat missiyasıdır: “Onlar gecə-gündüz sərhədlərimizdə casus kimi dayanıb bu tərəf keçmək üçün rahat boşluqlar axtarırlar. Bizim də belə bir seçmə müşahidə missiyası ilə bağlı kifayət qədər kəşfiyyat məlumatlarımız var”.

Dövlət başçısı on illərdir erməni diasporuna dəstək verən korrupsioner siyasətçilərdən danışıb.

“Biz bu məsələləri Brüsseldə oturan Ermənistan nümayəndələri və onların yeni rəhbərləri qarşısında qaldırırıq. İndi ermənilərin “böyük qardaşını” əvəz ediblər. İndi bu “böyük qardaş” Brüsselə çevrilib. Prezident Trampın atdığı addım nəticəsində ABŞ Dövlət Departamentinə tabe olan USAID təşkilatı ləğv edilib. Korrupsiyaya uğramış siyasətçi Robert Menendez isə ciddi bəladadır.

Amma o, birinci deyil, sonuncu da deyil. Necə deyərlər, bir qaranquşla bahar  olmaz. Çünki onun kimilər erməni diasporasından pul alıb öz ciblərinə qoyurlar. Məsələn, cənab Adam Şiff, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox başqaları belə edir. Onlar onilliklərdir ki, ABŞ-dakı erməni diaspor təşkilatlarından Azərbaycana hücum etmək və nüfuzdan salmaq üçün pul alırlar”.

Post navigation

Previous: “I Liqada bir çox oyunçu diqqətimizi cəlb edib” –
Next: “Azərbaycana qarşı cinayət törətmiş şəxslər məsuliyyətə cəlb edilməlidir”

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.