Erməni soyqırımının beynəlxalq səviyyədə tanınması Ermənistan Xarici İşlər Nazirliyinin prioritet vəzifələri siyahısında yoxdur.
Azpost.info xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Erməni Soyqırımını araşdırmaq və ya məsələni prioritetə çevirmək qətiyyən Ermənistan Xarici İşlər Nazirliyinin gündəliyi deyil”, – Mirzoyan bildirib.
Onun sözlərinə görə, prioritet vəzifələr siyahısına Bakı ilə münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin imzalanması, delimitasiya və kommunikasiyaların açılması daxildir.
Azpost.info