Ermənistan ABŞ-la birgə hərbi təlimlər keçirəcək.
Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.
“ARTSIV PARTNER 2023” təlimləri sentyabrın 11-dən 20-dək “Zar” təlim mərkəzində keçiriləcək.
Manevrlərin məqsədi sülhməramlı missiyalarda iştirak edərkən əməliyyat tədbirlərinin səviyyəsini artırmaqdır. Təlimlərə sülhməramlı tapşırıqların icrası zamanı münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi üzrə əməliyyatlar daxildir.
“Təlimlərin məqsədi sülhməramlı əməliyyatların tərkib hissəsi kimi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, komandanlıq-nəzarət və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsi aparmaq, o cümlədən Ermənistan bölməsinin döyüş hazırlığını artırmaqdır”, – nazirlik bildirir.
Azpost.info