Ermənistan Avrasiya İqtisadi İttifaqının təcili iclasını çağırıb- Rusiyadan şikayəti var

Ermənistan Avrasiya İqtisadi İttifaqının təcili iclasını çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.

İclas yaxın iki gün ərzində baş tutacaq.

Kerobyanın sözlərinə görə, buna səbəb Rusiyanın öz yüklərini “Verxniy Lars” keçid məntəqəsindən qəbul etməməsi olub. Nazir son iki gündə Rusiyanın xeyli avtomobili geri qaytarmasından gileylənib. Dediyinə görə, əvvəllər bu sayda avtomobil bütöv bir il ərzində geri qaytarılırdı.

Eyni zamanda, onun sözlərinə görə, malların keyfiyyəti dəyişməyib. Nazir əlavə edib ki, Ermənistan hakimiyyəti erməni iş adamlarının məhsullarının Rusiya standartlarına nə dərəcədə uyğun olmadığını anlamaq üçün “Rosselxoznadzor”un dərc etdiyi sənədləri öyrənir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.