“Ermənistan Azərbaycanın sülh sazişi ilə bağlı çağırışına hələ cavab verməyib” –ÇAVUŞOĞLU

“Türkiyə Prezidentinin Azərbaycana son səfəri zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla müzakirə etdik”.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN “Türk” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycanla birgə hərəkət edir.

Nazir xatırladıb ki, Ermənistan tərəfindən müəyyən müsbət mesajlar verilib. XİN rəhbəri Türkiyənin Ermənistanın müsbət mesajlarına qarşılıq verəcəyini diqqətə çatdırıb.

M. Çavuşoğlu vurğulayıb ki, Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistana çağırış etsə də, Ermənistan tərəfindən hələ də buna cavab verilməyib.(APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir