“Ermənistan delimitasiya komissiyasının iclasında iştirakını təsdiqləyib”- Lavrov

Ermənistan tərəfi sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın ikinci görüşündə iştiraka hazır olduğunu təsdiq edib.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Bir neçə həftə bundan öncə İrəvanda Ermənistan Baş naziri və XİN başçısı ilə danışıqlar apardığını xatırladan Sergey Lavrov ikinci görüşün Moskvada keçirilməsi barədə razılıq əldə olunduğunu vurğulayıb:

“Biz indi hər iki tərəfə uyğun olacaq tarixin seçilməsi ilə məşğuluq. Mən tərəflərin heç birinin bu işdə fikrindən dönməsi ilə bağlı siqnalı görməmişəm. Əksinə, İrəvanda da, bugünkü danışıqlarda da indiki mərhələdə bütün səylərdən delimitasiyanın vacib komponent olduğunun təsdiqini aldım”(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.