“Ermənistan KİV-lərinə istinadı minimuma endirək” –Prezidentin köməkçisi jurnalistlərə çağırış etdi

“Ermənistan mediasında kifayət qədər “fake news” xarakterli məlumatlar yayılır”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

O Azərbaycan media mənsublarına müraciət edib: “Ermənistan mediasına istinadları minimuma endirək. Çünki kifayət qədər saxta, yalan məlumatlar yayılır. Bu, Ermənistanın daxilində gedən proseslərlə bağlıdır. Ermənistanın öz daxilində müxtəlif daxili istehlak naminə və bu qəbildən olan məlumatlar atılmaqdadır”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir