“Ermənistan münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışır” –Hikmət Hacıyevdən Ordubada raket zərbəsinə reaksiya

“Ermənistan bütün vasitələrlə münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışır”.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Ermənistan silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisinə raket zərbəsi endirib. Bu, Ermənistanın bütün vasitələrlə münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışdığına dəlalət edir. Münaqişə bölgəsindən kənarda olan Azərbaycan şəhərlərinə raketlər atılır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”, – deyə H. Hacıyev qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir