Ermənistan Rusiyaya olan borcunu belə ödəmək istəyir

Ermənistan əvvəllər tam təhvil verilməyən silahların alınması üçün köçürülmüş vəsait hesabına Rusiyaya dövlət borcunun qismən ödənilməsi imkanlarını nəzərdən keçirir.

Azpost.info xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vaqe Ovannisyan deyib.

“Alqı-satqı həyata keçirildi, lakin bəzi tədarüklər tamamlanmadı. Təchizat məsələləri ilə Müdafiə Nazirliyi məşğul olur, ona görə də məndə bütün detallar yoxdur. Bununla belə, mövcud borcun bir hissəsinin yenidən hesablanması ilə bağlı dialoq aparılır, lakin bu proses məxfi xarakter daşıyır”, – nazir qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.