Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ermənistan silah alışına nə üçün bu qədər pul ayırır? –

User 19 Noyabr 2025 - 10:45 (Last updated: 19 Noyabr 2025 - 10:45)
pasinyan qurultay

Ermənistan öz hərbi sənayesini fəal şəkildə inkişaf etdirir.

AzPost araşdırmasına əsasən bildirir ki, 2022-ci ildə yerli istehsalçılardan hərbi sənaye ilə bağlı sifariş üçün cəmi 14 milyon dollar ayrılsa da 2025-ci ildə bu rəqəm 440 milyon dollara çatıb. Bu, 30 dəfədən çox ciddi artımdır.

Brüssel Münaqişə Araşdırmaları Mərkəzi (BCCS) qlobal hərbiləşdirmə indeksinə görə, Ermənistan dünyanın ən hərbiləşdirilmiş ölkələrindən biridir.

BCCS qlobal hərbiləşdirmə indeksini tərtib edir. Mərkəzin məlumatına görə, Ermənistan dünyada İsrail, Livan və Ukraynadan sonra dördüncü yerdədir. Bu indeks birbaşa hərbi gücü əks etdirmir; hərbi sektorun iqtisadiyyata və cəmiyyət üzərində yükünü göstərir.

Müqayisə üçün deyək ki,  Azərbaycanın hərbi xərclər büdcənin 20%-nə çatsa da, bu indeksdə ilk “onluğa” belə daxil deyil.

Aktiv silah alışlarına baxmayaraq, əksər müqavilələrin məzmunu hətta parlamentdən belə gizli saxlanılır.

Ermənistanın bu günə olan xarici borcu 8 milyard dollara çatıb. Baş nazir büdcə ilə bağlı parlament dinləmələri zamanı bunun səbəbləri açıqlayıb və etiraf edib ki, silah alıblar. “Bizi borcun 8 milyard dollara çatmasına görə tənqid edirlər. Bu vəsaitlə nə etdik? Silah aldıq. Borc götürülmüş vəsaitlə? Bəli. Çünki bizə çoxlu silah lazım idi”- deyə “sülhpərvər” Paşinyan tribundan deyib.

Hərbi ekspertlərin fikrincə, mövcud tendensiyalara əsasən, Ermənistan getdikcə daha çox yeni satınalmalarını nümayiş etdirəcək. Paşinyan daha çox milli müdafiədən danışır və sələflərini hərbi məğlubiyyətlərə görə tənqid edir. Bununla mövcud kursun uğurlarını nümayiş etdirmək üçün siyasi imperativ yaradır.

AzPost.az

Post navigation

Previous: Xalq artisti Roza Cəlilova vəfat edib
Next: 12 Avropa komandası Dünya Çempionatına vəsiqə qazanıb

Oxşar xəbərlər

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
hörmüz boğazı.jpg 2
  • Dünya

İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək?

User 25 Oktyabr 2026 - 19:24
saral
  • Dünya

Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə

User 25 Oktyabr 2026 - 19:11

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.