Ermənistan Sədərək istiqamətində yanğınlar törədib

Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribata əl ataraq yanğınlar törətməyə cəhd edib.

“Nuhçıxan” verdiyi xəbərə görə, son günlər düşmən Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Arazdəyən-Sədərək istiqamətində həm şəxsi heyətə, silah və texnikaya qarşı düşmən təxribatlar törədir, həm də ərazilərimizə ekoloji ziyanın vurulması üçün mütəmadi olaraq müxtəlif üsullara əl atılır.

Düşmən müxtəlif üsullarla mövqelər arasındakı neytral əraziləri və əkin sahələrimizi yandırmağa cəhd edir.

Əsgərlərimiz ərazilərimizdəki yanğını söndürüblər.

Düşmənin təxribatlarının qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir