Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər imzalana bilər-PAŞİNYAN

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabr ayına qədər imzalana bilər.

Bu barədə Paşinyan bugünkü mətbuat konfansında bildirib.

Baş nazirin sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.

Paşinyan qeyd edib ki, Ermənistan məlum prinsiplər çərçivəsində noyabr ayına qədər Azərbaycanla sülh sazişini imzalamağa hazırdır.

Ermənistan Baş naziri həmçinin iki ölkə XİN başçısının mayın 10-da Almatıda keçiriləcək görüşünün yekunlarına dair irəliləyişə ümid edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.