“Ermənistan və Azərbaycan Gürcüstandan daha yaxşı vəziyyətdədir” –NATO Baş katibi

“Ermənistan və Azərbaycan Gürcüstandan daha yaxşı vəziyyətdədir“.

AzPost bildirir ki,bu sözləri NATO-nun baş katibi Mark Rutte Azad Avropa Radiosunun Avropa Xidmətinə verdiyi müsahibədə bildirib.

“Gürcüstanda baş verənlərə dair sadəlövh təsəvvürə malik deyiləm. Biz çox narahatıq və bunu gürcülərə də aydın şəkildə bildirmişəm. Biz onlarla əməkdaşlıq edirik. Düşünürəm ki, əməkdaşlığın özü narahatlıqlarımızı izah etmək üçün bu kanalın olmasını təmin etmək məqsədi daşıyır”–deyə Rütte vurğulayıb.

Baş katib baş verənlərə vahid şəkildə baxmağı təklif edib: “Gürcüstan var. Amma Ermənistanla Azərbaycan arasında baş verənlər də var. Onlar Prezident Trampın gördüyü işlər sayəsində daha yaxşı vəziyyətdə görünürlər. Buna görə də, mən Gürcüstanı bütün Cənubi Qafqaz kontekstində də nəzərdən keçirərdim”, – deyə Rutte bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.