Ermənistan Fövqəladə Hallar Nazirliyinə bütün metro stansiyalarına, mühüm hərbi və mülki obyektlərə, ticarət mərkəzlərinə, zooparka və kilsəyə bomba qoyulması barədə informasiya daxil olub.
Azpost.info bildirir ki, bu barədə FHN məlumat yayıb. Hadisə yerlərinə mülki müdafiənin xilasetmə dəstələri, mühəndis qrupları göndərilib.
Təhülkəsizlik məqsədi ilə insanların təxliyyəsi həyata keçirilir.
