Ermənistanda yeni Konstitusiya ilə bağlı referendumun vaxtı məlum olub

Ermənistan yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilmə vaxtını müəyyənləşdirib.

Baş nazir Nikol Paşinyan bildirib ki, referendum parlament seçkilərindən — 2026-cı ildən sonra təşkil olunacaq.

Paşinyan bu barədə bu gün K. Demirçyan adına İdman-Konsert Kompleksində dövlət qulluqçuları ilə görüşü zamanı məlumat verib.

Onun sözlərinə görə, seçkilərdən əvvəl siyasi qüvvələr cəmiyyətə bu məsələyə dair öz mövqelərini təqdim etməli, çoxluq qazanmış qüvvənin mövqeyi isə yeni Konstitusiya layihəsinin formalaşdırılmasında həlledici rol oynamalıdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.