“Ermənistanın KTMT-dən çıxması məsələsi hələlik dayandırılıb”- Nazir müavini

“Ermənistanın KTMT-dən çıxması məsələsi hələlik dayandırılıb”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib.

Ötən ilin payızında Azərbaycanla münaqişənin kəskinləşməsi zamanı Kremlin İrəvanı dəstəkləməkdən imtina etməsindən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin KTMT-dən çıxa biləcəyini açıqlayıb. Noyabrda təşkilatın sammitində isəBaş nazir Nikol Paşinyan altı KTMT üzvü dövlət başçısının iştirak etdiyi iclasın yekun bəyannaməsini imzalamaqdan imtina edib.

Yanvarda Ermənistan təşkilatın təlimlərini keçirməmək qərarına gəlib, martda isə orada rəhbər vəzifələr üçün verdiyi kvotadan imtina edib.

Buna baxmayaraq, Safaryan bildirir ki, hazırda KTMT-dən çıxmaqdan söhbət gedə bilməz. Lakin o, bu ideyanın yenidən müzakirə olunacağını istisna etməyib: “Hər şey vəziyyətdən asılıdır”.

Safaryanın sözlərinə görə, İrəvan KTMT-dən 2022-ci ilin sentyabrında Azərbaycanın Ermənistana qarşı hərəkətlərinə siyasi qiymət verilməsini gözləyir. Həmçinin Ermənistanda KTMT-nin müşahidə missiyasının yerləşdirilməsi ilə bağlı müzakirələrin nə vaxtsa başlaya biləcəyini istisna etmir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.