Ermənistanın KTMT ilə bağlı qərarına Kremldən- REAKSİYA

“Rusiya İrəvandan Ermənistanın KTMT-də iştirakını dayandırması ilə bağlı bəyanatların mənasını öyrənmək fikrindədir”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Ermənistan tərəfi bununla bağlı heç bir rəsmi addım atmayıb. Biz həmkarlarımızla əlaqə saxlamaq və bu bəyanatların mənasını aydınlaşdırmaq niyyətindəyik”, – Peskov deyib.

Ermənistan Baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində bildirib ki, Ermənistan KTMT-də iştirakını dondurub, lakin Rusiya hərbi bazasının respublika ərazisindən çıxarılması məsələsinə baxmır.

Öz növbəsində, KTMT Ermənistandan onun fəaliyyətində iştirakının dayandırılması ilə bağlı rəsmi açıqlamalar almadığını bildirib.

KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.