Ermənistanın təxribatları ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə məlumat verilib

Ermənistanın təxribatları ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə məlumat verilib.

Bu barədə Ali Məhkəmə sədrinin müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib.

“Avropa İnsan Haqları Məhkəməsini Ermənistanın öz öhdəliklərinin ziddinə olaraq Azərbaycanın suveren ərazisində törətdiyi təxribatlar və Silahlı Qüvvələrimizin Azərbaycan xalqının təhlükəsizliyinə və müdafiəsinə əlavə təhdidlərin qarşısının alınması məqsədilə gördüyü qəti tədbirlər barəsində məlumatlandırdıq”, – Çingiz Əsgərov qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.