“Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması bir şərtlə mümkündür”- PATRUŞEV

Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması bir şərtlə mümkündür ki, Qərb münaqişəyə müdaxiləni dayandırsın.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada MDB həmkarları ilə görüşündə bildirib.

Onun sözlərinə görə, indiyə qədər Qərb tərəfinin səyləri yalnız vəziyyətin pisləşməsinə gətirib çıxarıb.

“Təcrübə göstərir ki, bu, yalnız regiondankənar qüvvələrin müdaxiləsi olmadığı halda mümkündür. Qərb ölkələrinin hərəkətləri regionda vəziyyətin pisləşməsinə səbəb olur və orada ziddiyyətlərin davam etməsinə şərait yaradır”, – Patruşev qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.