“Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşması üçün əlindən gələni edir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında çıxışı zamanı bildirib.
Putin deyib ki, əvvəllər SSRİ-nin tərkibində olan bu ölkələrin hələ də çoxlu qarşılıqlı əlaqələri var.
“Əlbəttə, biz Rusiyaya yaxın dövlətlər arasında problem və ziddiyyətlərdən kənarda qala bilmərik və onların sülh yolu ilə həllinə töhfə verməyə həmişə hazırıq”, – Putin qeyd edib.
Rusiya prezidenti vurğulayıb ki, sülhə aparan yeganə yol tərəflərin birgə bəyanatlara ciddi riayət etməsidir. “Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, kommunikasiyaların bağlanması, humanitar məsələlərin həlli ilə biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına nail ola bilərik”.
Azpost.info