Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Ərzaq məhsullarını xaricdən neçəyə alırıq?

User 17 Noyabr 2025 - 23:30 (Last updated: 17 Noyabr 2025 - 23:17)
Market

Market

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 3 milyard 594,3 milyon manat dəyərində yeyinti məhsulları idxal olunub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq məhsullarının idxalı artıb.
Belə ki, ötən ilin ilk 10 ayında xaricdən ölkəyə 3 milyard 349,8 milyon manat dəyərində yeyinti məhsulları gətirilib.
Ən çox idxal olunan məhsullar arasında dəyər baxımından meyvə-tərəvəz, miqdar baxımından isə buğda üstünlük təşkil edib.
Qeyd edək ki, bu ilin ilk 10 ayında Azərbaycana 299,2 min ton tərəvəz və meyvə idxal edilib, bunun gömrük dəyəri 416 milyon manat olub. Nəticədə idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının orta qiyməti 1,30 manat təşkil edib.
Bundan başqa, 1 milyon 9,6 min ton buğda ölkəyə gətirilib və dəyəri 370,1 milyon manat olub. Bu zaman buğdanın 1 kiloqramının gömrük dəyəri 0,37 manata bərabər olub.
Həmçinin 153,2 milyon manat dəyərinə 38,6 min ton ət idxal olunub. Bunun da 1 kiloqramının orta gömrük dəyəri 3,5 manat olub.
13,7 min ton süd və qaymaq idxalının dəyəri isə 41,9 milyon manat olub və 1 kiloqram üçün qiymət 2,9 manat təşkil edib.
21,5 min ton kərə yağının idxalı üçün 251,8 milyon manat ödənilib və 1 kiloqramın orta gömrük dəyəri 11,5 manat olub.
Eyni zamanda, 11,6 min ton çay idxalının dəyəri 121,2 milyon manat (1 kiloqram üçün orta qiymət 11 manat), 45,6 min ton düyü idxalı 71,4 milyon manat (1 kiloqramın gömrük dəyəri 1,6 manat), 133,6 min ton bitki mənşəli yağların gömrük dəyəri 342,5 milyon manat (1 kiloqram üçün qiymət 2,6 manat) təşkil edib.

AzPost.az

Post navigation

Previous: “Kiyevdəki Azərbaycan səfirliyinə raket hucumu təsadüfi ola bilməz”-
Next: “Venesuelaya hücum Trampın siyasi gələcəyini bitirər”

Oxşar xəbərlər

fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
aqrar03
  • İqtisadiyyat

Azərbaycanda saatlıq maaş tətbiq oluna bilər – İlk olaraq hansı sahələri əhatə edəcək?

User 11 Noyabr 2026 - 12:05
bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 11 Noyabr 2026 - 09:19

xƏBƏR

ilham turk sefer
  • Siyasət

İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

User 11 Noyabr 2026 - 18:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına səfəri noyabrın 11-də başa çatıb. Antalya Beynəlxalq Hava Limanında dövlətimizin...
Read more about İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi erdoqan pasinyan
  • Dünya

Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi

User 11 Noyabr 2026 - 18:00
Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib ilham anta01
  • Siyasət

Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib

User 11 Noyabr 2026 - 17:47
Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb? rus ukr danisiq abu dabi
  • Dünya

Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb?

User 11 Noyabr 2026 - 16:54
Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.