“Əsas prioritetimiz Qəzzada təcili atəşkəsin təmin olunmasıdır” –ƏRDOĞAN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın görüşü başa çatıb.

APA-nın Türkiyə bürosu xəbər veriri ki, görüşdə İsrailin Fələstinə hücumları və regional məsələlər müzakirə olunub.

Ərdoğan İsrailin Qəzzadakı hücumlarının yeni mərhələyə keçdiyini və yalnız Fələstini deyil, regional sabitliyi də təhdid etdiyini bildirib. O, Türkiyənin hər platformada Fələstin məsələsini gündəmə gətirməyə davam edəcəyini və BMT-də Fələstinin səsi olacağını vurğulayıb.

Ərdoğan əlavə edib ki, Türkiyənin prioriteti Qəzzada atəşkəsin təmin olunması və humanitar böhranın sona çatdırılmasıdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.