Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma boşanaraq Rusiyanı tərk etmək istəyir.
Azpost.info xəbər verir ki, bu barədə Türkiyənin “Habertürk” telekanalı məlumat yayıb.
Artıq Əsma Əsəd boşanmaq üçün Rusiya məhkəməsinə müraciət edib.
Telekanal qeyd edib ki, Əsma Britaniya vətəndaşlığına malikdir və doğulduğu Londona gedə bilər. Eyni zamanda, Əsədin həyat yoldaşının qan xərçəngindən müalicəsini davam etdirmək üçün Böyük Britaniyaya gedə biləcəyi bildirilir.
Mənbələrin məlumatına görə, 2024-cü ilin mayında Əsma Əsədə kəskin miyeloid leykemiya diaqnozu qoyulub. İndi o, xərçəngin təkrarlanması ilə mübarizə aparır. 2019-cu ildə keçmiş birinci xanımın döş xərçəngi səbəbiylə şişi çıxarılmışdı.
Azpost.info